Modern.az

Azərbaycanda evli idi, Rusiyada da nikaha girmək istədi

Azərbaycanda evli idi, Rusiyada da nikaha girmək istədi

Aktual

31 Mart 2026, 12:24

Rusiyanın Yamal bölgəsində azərbaycanlı kişi ilə Rusiya vətəndaşı arasında bağlanan nikah məhkəmə qərarı ilə etibarsız hesab edilib.

Modern.az xəbər verir ki, bu barədə dairə prokurorluğu məlumat yayıb.

Bildirilib ki, nikah ötən ilin oktyabr ayında Muravlenko şəhərində qeydə alınıb. Lakin sonradan məlum olub ki, əcnəbi vətəndaşın başqa ölkədə rəsmi olaraq davam edən nikahı var.

Qeyd olunub ki, bu hal Rusiya Federasiyasının Ailə Məcəlləsinin tələblərinə ziddir.

Prokuror məhkəmədə nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb. Məhkəmə isə nəzarət orqanının mövqeyini dəstəkləyərək nikahı etibarsız elan edib.

Bundan əlavə, “Sever-Press” nəşri yazır ki, ilin əvvəlindən etibarən Yamal bölgəsində miqrasiya qanunvericiliyini pozduqlarına görə 40-dan çox əcnəbi Rusiyadan deportasiya olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı