Türkiyənin Ərzurum bölgəsində 3000 illik insan üzlü keramika parçası tapılıb.
Modern.az xəbər verir ki, Pulur Höyükdə aparılan qazıntılar zamanı tapılan keramika parçası görənləri heyrətləndirib.
Şərqi Anadolu nümunəsi olduğu iddia edilən əşya ritual məqsədlər üçün istifadə olunub. Bu qabların Şərqi Anadoluda erkən dəmir dövrünə aid olduğu qeyd edilir.