Modern.az

Kürdə balıq tutan şəxslər köməksiz vəziyyətdə qalıblar

Kürdə balıq tutan şəxslər köməksiz vəziyyətdə qalıblar

Hadisə

27 Mart 2026, 13:20

Samuxda balıqçılar köməksiz vəziyyətdə qalıblar.

Modern.az məlumat verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakinləri olan 4 şəxs Kürdə balıq tutmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar. Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.

Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?