“Ermənistan dərhal təxribata son qoymalıdır".
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.
“Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik. Onlar Azərbaycanla əldə etdikləri razılaşmaya əməl etməlidir, sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, - XİN başçısı vurğulayıb.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.