Modern.az

"İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib"

"İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib"

Dünya

25 Mart 2026, 22:11

"İran Silahlı Qüvvələri Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib".

Modern.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfəqari deyib.

"Regionda bütün ABŞ bazaları məhv edildiyindən, amerikalı komandirlər və əsgərlər qaçaraq bazalardan kənardakı sığınacaqlarda gizləniblər və biz onları axtarırıq", - deyə o bildirib.

İ.Zülfəqari, həmçinin Yaxın Şərq bölgəsinin bütün sakinlərini ABŞ hərbçilərinin gizləndiyi yerlər barədə məlumat verməyə, habelə "öz təhlükəsizlikləri üçün onların qovulmasını tələb etməyə" çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?