Modern.az

Yoluxanların yeni STATİSTİKASI - Daha 3 ölüm

Yoluxanların yeni STATİSTİKASI - Daha 3 ölüm

Aktual

15 Sentyabr 2022, 16:36

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 256 yeni yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 818 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 807 096 nəfər müalicə olunaraq sağalıb, hazırda 1918 aktiv xəstə var. Bu günə qədər 9876 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3388, bu günə qədər isə ümumilikdə 7 206 805 test icra olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama