Modern.az

Magistral su xətti partladı, rayon mərkəzi ilə 6 kənd susuz qaldı

Magistral su xətti partladı, rayon mərkəzi ilə 6 kənd susuz qaldı

Hadisə

27 Mart 2026, 10:30

Kürdəmirdə magistral su xətti partlayıb, rayon mərkəzi və 6 kənd susuz qalıb.

Modern.az xəbər verir ki, qəza Külüllü-Kürdəmir magistral su xəttinin 32-ci km-dəki hissəsində - rayonun Qaraqocalı kəndi ərazisində qeydə alınıb.

Diametri 55 mm olan su borusunun partlaması nəticəsində ətrafdakı həyətyanı sahələri su basıb və sakinlərə xeyli maddi ziyan dəyib.

Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xətti 2013-cü ildə dövlət vəsaiti hesabına inşa olunub və rayonun ümumilikdə 21 min sakinini içməli su ilə təmin edir. ("Report")

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?