Modern.az

Ermənistan prezidenti kraliçanın dəfnində qaydaları pozdu 

Ermənistan prezidenti kraliçanın dəfnində qaydaları pozdu 

Aktual

18 Sentyabr 2022, 18:58

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Böyük Britaniya kraliçasının cənazəsi ilə şəkil çəkdirdiyinə görə sərt tənqid edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Ermənistan prezidenti hörmətsizlik edərək kraliça II Elizabetin cənazəsini ziyarət zamanı yüksək səslə danışıb, köməkçiləri ilə zarafatlaşıb. Həmçinin cənazə önündə baş əyərkən köməkçisi prezidentin fotolarını çəkib.

 

Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək dövlət rəsmiləri də daxil bütün şəxslərə qəti qadağandır. Hadisə yerində olan şəxslərdən biri "The Sun"a prezidentin hərəkətləri ilə bağlı açıqlama verib:

 

"Həmin zalda yüzlərlə adam var idi - heç kim danışmırdı. Yalnız o danışırdı və açıq-aydın şəklini çəkdirməyi əvvəldən planlaşdırmışdı".

 

Digər bir şəxs isə bildirib ki, hər kəs qaydalara tam şəkildə əməl etməyi bacarsa da, tək bir şəxs bu qaydanı pozub.

 

Qeyd edək ki, Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək bütün şəxslərə qəti qadağandır. Yalnızca media mənsubları foto çəkə bilər.

 

Kraliçanın rəsmi dəfn mərasimi sentyabrın 19-da baş tutacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza