Modern.az

Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb

Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb

İdman

24 Mart 2026, 18:51

AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda Azərbaycan və Portuqaliya U-21 yığmaları arasında Bakıda keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Modern.az xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.

Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.

Qarşılaşma martın 27-si saat 15:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...