Modern.az

Səfirlik işçiləri Kiyevə qayıdıb, səfir isə hələ Bakıdadır

Səfirlik işçiləri Kiyevə qayıdıb, səfir isə hələ Bakıdadır

Aktual

19 Sentyabr 2022, 09:54

Ukraynada müharibə başlayandan sonra Azərbaycanın Kiyevdəki səfirliyində çalışan diplomatların bəziləri təhlükəsizliklə əlaqədar Bakıya gəlmişdilər.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, artıq onlardan bir neçəsi Ukraynaya qayıdaraq xidməti vəzifələrinin icrasına başlayıb.

 

Hazırda Azərbaycanın Ukraynadakı səfirliyi məhdud çərçivədə fəaliyyət göstərir. Son günlər səfirlikdə Ukraynanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın sənəd problemləri və digər məsələlərlə bağlı müraciətləri qeydə alınmaqdadır.

 

Səfir Elmira Axundovanın isə hələ də geri qayıtmadığı bildirilir. Məlumata görə, o, hazırda Bakıdadır. Xanım diplomatın Kiyevə nə zaman dönəcəyi bəlli deyil.

 

E.Axundova artıq səkkiz aydır ki, diplomatik fəaliyyətini Azərbaycandan davam etdirir. O, Bakıya qayıtmasını səhhətində yaranmış problemlə əlaqələndirmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi