Modern.az

Səfərbərliyə çağırılan gənc hərbi komissarı güllələdi - VİDEO

Səfərbərliyə çağırılan gənc hərbi komissarı güllələdi - VİDEO

26 Sentyabr 2022, 10:28

Rusiyada hərbi komissarlığın rəisi Aleksandr Yeliseyev güllələnib. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

 

Məlumata görə, hadisə Ust-İlimsk şəhərində baş verib. Naməlum şəxs komissarlığa gələrək, “heç kim döyüşməyəcək” deyib və atəş açıb.

 

Hadisə nəticəsində rəis Aleksandr Yeliseyev bir neçə güllə yarası alıb. Cinayəti törədən şəxs 25 yaşlı yerli sakin Zinin Ruslan olub.

 

Onun səfərbərliyə çağırıldığı, buna etiraz olaraq hərbi komissarı öldürdüyü bildirilir.

 

Qeyd edək ki, sentyabrın 21-i Rusiyada qismən səfərbərlik elan edilib. Putinin səfərbərlik qərarı ölkədə böyük etirazlara səbəb olub.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi