Modern.az

Gürcüstan prezidenti Ukraynaya dəstək verdi

Gürcüstan prezidenti Ukraynaya dəstək verdi

10 Oktyabr 2022, 16:28

“Bütün Gürcüstan Ukraynanın yanındadır”.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Twitter” hesabında bildirib.

 

Xanım prezident Rusiyanın Ukraynanın paytaxtını və digər şəhərlərini bombardman etməsi barədə xəbərlərin dəhşətli olduğunu vurğulayıb.

 

“Mülki insanlara qarşı hücum qorxu yaratmaq cəhdidir. Amma dünya Ukrayna xalqının qətiyyətini gördü”, - deyə Zurabişvili Ukraynaya dəstəyini ifadə edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR