Modern.az

Qazaxıstan vətəndaşlarını Ukraynadan çıxarır

Qazaxıstan vətəndaşlarını Ukraynadan çıxarır

10 Oktyabr 2022, 19:34

Qazaxıstanın Kiyevdəki səfirliyi Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi raket zərbələri ilə əlaqədar bu ölkədəki vətəndaşlarına müraciət edib.

 

Modern.az xəbər verir ki, səfirlik vətəndaşları Ukraynanı tərk etməyə çağırıb.

 

“Ukrayna ərazisində mülki infrastruktura və dövlət obyektlərinə hücumların artması ilə əlaqədar Qazaxıstan Respublikasının səfirliyi öz vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə, Ukraynada olanları isə hava reydləri siqnallarına qulaq asmağa və bomba sığınacaqlarında qalmağa çağırır”, - Qazaxıstan səfirliyinin yaydığı məlumatda qeyd olunub.

 

sKif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiyadan daha bir ARSIZLIQ - Bakıya hücumlar niyə artır?