Oktyabrın 11-də Lənkəran seysmoloji stansiyasından 15 kilometr şimal-qərbdə - Lənkəran rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a bildirilib ki, yerli vaxtla saat 14:22-də qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3-ə bərabər olan zəlzələ hiss olunmayıb.