Modern.az

Beynəlxalq Valyuta Fondu Ukraynanın köməyinə çatdı

Beynəlxalq Valyuta Fondu Ukraynanın köməyinə çatdı

Aktual

13 Oktyabr 2022, 13:00

Ukrayna Beynəlxalq Valyuta Fondundan 1,3 milyard dollar həcmində təcili maliyyə vəsaiti alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

 

"Ayrılan vəsait təcili ehtiyacların maliyyələşdirilməsinə yönəldiləcək. Bura müdafiə qabiliyyətinin gücləndirilməsi, pensiyaların ödənilməsi, sosial proqramlar və iqtisadiyyatın dəstəklənməsi daxildir", - deyə Baş nazir vurğulayıb.

 

Onun sözlərinə görə, ümumilikdə BVF müharibə başlayandan bəri Ukraynaya 2,7 milyard dollar yardım edib: “Həmçinin yaxın gələcəkdə biz Fondla gələn ildən işə düşəcək yeni xüsusi proqramın hazırlanmasına başlayacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi