Modern.az

Azərbaycan və İran XİN başçıları danışıqlar apardı 

Azərbaycan və İran XİN başçıları danışıqlar apardı 

Aktual

15 Oktyabr 2022, 20:56

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Nazirlər iki dövlətin liderlərinin Astanada baş tutmuş görüşünün davamı olaraq bir sıra məsələlər, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

 

Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyəti müzakirə ediblər.

 

Telefon danışığı zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
HAZIRLIQ BİTDİ! İran belə VURULACAQ - Xəritə yayıldı