Modern.az

BMT rəsmisi Rusiyada danışıqlar aparacaq

BMT rəsmisi Rusiyada danışıqlar aparacaq

16 Oktyabr 2022, 17:22

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini Martin Qriffits taxıl sazişi üzrə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.

 

Qriffitsin Rusiyadakı bütün görüşlərinin qapalı olacağı və proqramın dəqiqləşdirildiyi bildirilir.

 

BMT baş katibinin müavininin Rusiya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyində, o cümlədən Rusiya xarici işlər nazirinin müavini Sergey Verşininlə görüşü planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var