Modern.az

El klasiko: “Real” “Barselona”ya qalib gəldi

El klasiko: “Real” “Barselona”ya qalib gəldi

Aktual

16 Oktyabr 2022, 21:10

Bu gün növbəti “El klasiko” oynanılıb.

 

Modern.az xəbər verir ki, “Real Madrid” və “Barselona” komandaları La Liqanın doqquzuncu turunda üz-üzə gəliblər.

 

Əzəli rəqiblər “Santyaqo Bernabeu”dakı görüşə çempionatın şərikli liderləri kimi çıxıblar.

 

Kərim Benzema 12-ci dəqiqədə “Real Madrid”i hesabda önə çıxarıb. Görüşün 35-ci dəqiqəsində Federiko Valverde hesab arasındakı fərqi artırıb. Matçın 83-cü dəqiqəsində “Barselona”nın futbolçusu Ferran Torres fərqlənib. Rodriqonun uzatma dəqiqələrindəki penalti zərbəsi isə “Real Madrid”ə 3:1 hesablı qələbə qazandırıb.

 

Qeyd edək ki, 9 turdan sonra “Real” 25 xalla turnir cədvəlində birinci, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi