Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə XİN-in tvitter hesabında təbrik mesajı paylaşılıb.
"Dost və qardaş Azərbaycanın Müstəqilliyinin Bərpası Gününü ürəkdən təbrik edirik”, - paylaşımda deyilir.