Modern.az

Siyəzəndəki qəzada yaralananların SON DURUMU

Siyəzəndəki qəzada yaralananların SON DURUMU

19 Oktyabr 2022, 11:20

Siyəzəndə baş verən yol qəzası nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

 

Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

 

Rəsmi məlumata görə, hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib:

 

"Onların hər biri zəruri müayinələrdən keçirilib. Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam edilir".

 

Qeyd edək ki, qəzada xəsarət alanlar parnikdə çalışmağa gedən qadınlar olub. Onların adlarını təqdim edirik:

 

Cəfərova Elnurə Vahid qızı

Məmmədova Xeyransa.

Hüseynov Gülnarə Balağa qızı

Nizamova Şəhla Əfqan qızı

Mirzəyeva Pəri Dilcan qızı

Balayeva Səbinə Xanlar qızı

Bəylərova Səhər İmamyar qızı

Həsənova Mələk Hacrza qızı

Zərbəliyeva Gülnar Hacrza qızı

İsmayilova Nərmin Rasim qızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu