Modern.az

Rusiya erməni cinayətkarı AXTARIŞA VERDİ

Rusiya erməni cinayətkarı AXTARIŞA VERDİ

Aktual

20 Oktyabr 2022, 12:42

Rusiyanın İrkutsk vilayətində erməni cinayətkar Miro Miroyan axtarışa verilib.

 

Modern.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin İrkutsk vilayəti üzrə İdarəsi yerli sakinə basqın edərək, onu odlu silahla qətlə yetirməyə cəhd göstərən dəstənin cinayət işini araşdırır.

 

İstintaq materiallarına görə, sentyabrın 1-də İrkutskda dörd nəfərdən ibarət dəstə yerli sakinə basqın edib, onun əllərini biləkdən kəsərək, ayaqlarına odlu silahdan atəş açıb. Cinayətin 500 min rubl və avtomobil üstündə baş verdiyi ehtimal olunur.

 

Yerli KİV-lər hadisə iştirakçılarının hamısının erməni olduğunu yazıb.

 

Hadisəni törətmiş dəstənin iki üzvü saxlanılıb. Rusiya İstintaq Komitəsi cinayətin hazırda hüquq-mühafizə orqanlarından gizlənən 35 yaşlı Miro Miroyan adlı şəxs tərəfindən təşkil edildiyini bildirib və onu federal axtarışa verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi