Modern.az

Ərdoğanı Zəngilan səfərində onlar müşayiət edir

Ərdoğanı Zəngilan səfərində onlar müşayiət edir

Aktual

20 Oktyabr 2022, 13:06

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

 

Modern.az xəbər verir ki, Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Türkiyə liderini hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

 

Ərdoğanı Zəngilan səfərində milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın müşayiət edirlər.



Qeyd edək ki, Ərdoğanın Zəngilana səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi