Modern.az

Sabunçu 4 saat işıqsız qalacaq

Sabunçu 4 saat işıqsız qalacaq

Aktual

1 Aprel 2026, 09:20

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Modern.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsinin bir hissəsində, Şəhər şossesi 1, 2 və 3-cü döngələrdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış