Modern.az

Məşhur aktyordan narkotik ETİRAFI

Məşhur aktyordan narkotik ETİRAFI

Aktual

23 Oktyabr 2022, 12:29

Narkotik və alkoqol asılılığından xilas olan Metyu Perri etiraf edib ki, ona “Dostlar” serialındakı həmkarı Cennifer Eniston kömək olub.

 

Modern.az xəbər verir ki, aktyorun dediyinə görə, Eniston onunla birbaşa əlaqə saxlayaraq kömək təklifi edib.

 

“Mənim üçün çox çətin an idi, çünki asılılığımı gizlətməyi yaxşı bacardığımdan əmin idim. Ancaq əslində, mənə ilk dəfə kömək əlini uzadan o idi. Buna görə həmişə ona minnətdar olacağam”, - Perri deyib.

 

Aktyor, həmçinin etiraf edib ki, o, artıq dozadan az qala ölüb, hətta bir neçə həftə komada qalıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım