Modern.az

Mask “Twitter“ə özü rəhbərlik edəcək

Mask “Twitter“ə özü rəhbərlik edəcək

Aktual

28 Oktyabr 2022, 08:57

Amerikalı milyarder İlon Mask "Twitter"in rəhbəri olub.

 

Modern.az xəbər verir ki, bu barədə CNBC-nin müxbiri Devid Faber məlumat yayıb.

 

Bildirilib ki, əvvəlki rəhbərlik qərargahı tərk edib.

 

“Mənə məlumat verildi ki, keçmiş baş direktor Paraq Agraval və şirkətin maliyyə direktoru (CFO) Ned Seqal qərargahı tərk etdilər”, - məlumatda deyilir.

 

Mask artıq şirkəti almaq üçün sövdələşməni bağlayıb.

 

Xatırladaq ki, aprel ayında “Twitter“ rəhbərləri Maskın sosial şəbəkəni 44 milyard dollara almağı təklif etdiyini açıqlamışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV