Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş oktyabrın 31-də Soçi şəhərində baş tutacaq.
“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Transqafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Eyni zamanda, Putin və liderlər arasında ayrıca söhbətlər də planlaşdırılır”,- rəsmi məlumatda deyilir.