Modern.az

Zelenski ilə razılaşmaq olar, amma... - Peskov

Zelenski ilə razılaşmaq olar, amma... - Peskov

Aktual

30 Oktyabr 2022, 16:45

Ukrayna üzrə danışıqlar ilk növbədə Vaşinqtonla aparılmalıdır, çünki Kiyev “kənardan gələn sifarişlə” hərəkət edir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

Rusiya rəsmisi bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə müəyyən razılaşmalar əldə etmək mümkündür: 

 

"Buna baxmayaraq, razılaşmaların heç bir dəyəri yoxdur, çünki xaricdən tələb olunarsa, dərhal ləğv edilə bilər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”