Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Modern.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" komandası "Qarabağ"ı qəbul edib.
Şamaxı şəhər stadionunda təşkil olunan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub.
Ardıcıl 11-ci qələbəsini qazanan Ağdam klubu 33 xalla liderliyini davam etdirir. 4 xalı olan "Şamaxı" isə 9-cu pillədə qərarlaşıb.