Modern.az

Putin yeni prezidenti təbrik etdi

Putin yeni prezidenti təbrik etdi

Aktual

31 Oktyabr 2022, 10:28

Rusiya prezidenti Vladimir Putin Braziliyada keçirilən prezident seçkilərində qalib gələn Luiz İnasio Lula da Silvanı təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

 

"Hörmətli cənab Lula, prezident seçkilərində qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Ümidvaram ki, birgə səylərlə biz bütün sahələrdə konstruktiv Rusiya-Braziliya əməkdaşlığının daha da inkişafını təmin edəcəyik”, - təbrik mətnində deyilir.

 

Bundan əvvəl Braziliyada keçirilən prezident seçkilərində qalib gələn Luiz İnasio Lula da Silva xarici siyasətdəki istəklərindən danışıb və BMT Təhlükəsizlik Şurasının yeni tərkibində veto hüququnun ləğvinin tərəfdarı olub.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK HƏDƏ - Bakını bombalamalıyıq!