Modern.az

Əli Kərimlinin mühafizəçisinə hökm oxundu

Əli Kərimlinin mühafizəçisinə hökm oxundu

Aktual

3 Aprel 2026, 17:10

AXCP sədri Əli Kərimlinin mühafizəçisi olmuş Novruz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Modern.az xəbər verir ki, bu barədə AXCP-nin sosial media hesabında məlumat paylaşılıb..

Bildirilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, o, Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib.

Məhkəmənin qərarı ilə N.Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, ev alqı-satqısı sahəsində vasitəçilik fəaliyyəti ilə məşğul olub. N.Tağıyev vətəndaşın 71 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.(Trend.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana getməyin, təhlükə var! Rusiyada əhaliyə kritik çağırış