Modern.az

Putin Soçi görüşü ilə bağlı nəyi GİZLƏDİR...

Putin Soçi görüşü ilə bağlı nəyi GİZLƏDİR...

1 Noyabr 2022, 16:12

Rusiya prezidenti Vladimir Putinin ötən gün Soçi görüşündən sonra verdiyi açıqlamada bir məqam xüsusilə diqqət çəkib. Üçtərəfli danışıqların faydalı olduğunu deyən Putin 2 saatdan çox çəkən görüşdə bütün məsələlərin razılaşdırılmadığını deyib.

 

"Sözün açığı, heç də hər şeyi razılaşdıra bilmədik. Əvvəllər işlənmiş mətndən bəzi şeylər çıxarılmalı idi", - Rusiya lideri bildirib. Lakin o, Soçi bəyanatında hansı məqamların çıxarılmasına aydınlıq gətirməyib. 

 

Bəs, Putinin açıqlamaq istəmədiyi nüanslar nədən ibarətdir?

 

Mövzu ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Rusiya Prezidenti Vladimir Putinin fərqli mövqedə olduğunu deyib.

 

O, fikirlərini belə izah edib: “Putin bu məsələdə fərqli mövqedə olmasını Valday klubunda çıxışı zamanı üstüörtülü şəkildə dilə gətirdi. Görünür, Putin əvvəlki bəyanatlarda Qarabağla bağlı nələrisə vacib bilib. Ola bilsin, o, üçtərəfli bəyanatın Qarabağda məskunlaşmış 10 mindən çox erməni silahlısının ərazidən çıxarılmasını nəzərdə tutan 3-cü maddəsinə öz korrektələrini edib. Yaxud silahlıların çıxarılmasına qoyulan müddətdən bəhs olunub. Hər halda Putinin nələri nəzərdə tutduğunu demək bir az çətindir. Buna baxmayaraq, Azərbaycan Prezidenti “Qarabağ münaqişəsi artıq tarixdir, iki il əvvəl həll olunub, buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur” deməklə Putinə öz mesajını çatdırıb”.

 

Sabiq dövlət müşavirinin sözlərinə görə, Putin bəyanatdan nələrisə çıxarmağı yox, nələrisə əlavə etməyi düşünməliydi:

 

“Məsələn, ərazi bütövlüyünün tanınması, tərəflərin bir-birinin təhlükəsizliyinə zəmanət verməsi indiki bəyanatda vurğulanır. Bu, əvvəlki üçtərəfli müqavilənin məzmununa daxil edilməli idi. Ancaq birinci bəyanat Azərbaycanın 44 günlük müharibədə öz qələbəsini tam reallaşdırmasına əngəl törətmək üçün qəbul edildi. Burada yeni status-kvonun formalaşdırılmasına diqqət yönəldilmişdi. Xüsusən də erməni əsgərlərinin mühasirəyə düşməkdən xilasına çalışıldı”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi