Modern.az

Bakı və Şuşada zəfər yürüşləri keçiriləcək

Bakı və Şuşada zəfər yürüşləri keçiriləcək

Aktual

2 Noyabr 2022, 17:58

8 noyabr - Zəfər Günü ilə əlaqədar noyabrın 8-də Bakı və Şuşa şəhərlərində yürüş təşkil ediləcək.

 

Modern.az xəbər verir ki, saat 10:00-dan 12:00-dək Bakı və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə şəxsi heyətin yürüşləri təşkil olunacaq.

 

Yürüşlər aşağıdakı qeyd olunan marşrutlar üzrə olacaq:

 

1-ci marşrut: Heydər Əliyev sarayı - Bülbül prospekti-Nizami kinomərkəzi-Neftçilər prospekti – Azadlıq meydanı;

 

2-ci marşrut: Şəhidlər Xiyabanı- Alov Qüllələri Kompleksi- İçərişəhər metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli.

 

3-cü marşrut: Hüseyn Cavid Parkı – Hüseyn Cavid prospekti – Parlament Prospekti- Şəhidlər Xiyabanı.

 

4-cü marşrut: Şuşa şəhərində.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi