Modern.az

Bakı-Şamaxı yolunda zəncirvari qəza - FOTOLAR

Bakı-Şamaxı yolunda zəncirvari qəza - FOTOLAR

Aktual

3 Noyabr 2022, 17:13

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda zəncirvari qəza baş verib.

 

Modern.az xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 189-cu kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.

 

“VAZ 2106” markalı avtomobil “Chevrolet”lə toqquşub, daha sonra yoldan keçən digər “VAZ 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər üç maşında olan sürücü və sərnişinlər arasında xəsarət alanlar olub.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi