Modern.az

Vaksinasiya ilə bağlı SON VƏZİYYƏT 

Vaksinasiya ilə bağlı SON VƏZİYYƏT 

Aktual

3 Noyabr 2022, 20:21

Azərbaycanda son sutkada 412 nəfər vaksinasiya olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Gün ərzində birinci doza vaksinlərin sayı 121, ikinci doza vaksinlərin sayı 82 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 173-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 36 olub.

 

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 912 597 olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək