Modern.az

Bakıda 8.2 km-lik velosiped yolu salınır

Bakıda 8.2 km-lik velosiped yolu salınır

4 Noyabr 2022, 16:24

Buzovna-Mərdəkan avtomobil yolu üzərində “Bakı Abadlıq” MMC tərəfindən uzunluğu 8.2 km olan velosiped yolları və piyadaların təhlükəsiz, rahat hərəkətini təmin etmək məqsədi ilə səkilər inşa edilir.

 

Modern.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilən səki və velosiped yollarında tikinti-quraşdırma işlərinin bir hissəsi artıq yekunlaşıb.

 

Qeyd edək ki, velosiped yollarının inşası şəhərin mobillik imkanlarının artırılması ilə yanaşı, həm də velosipeddən istifadəni təşviq edən mühüm vasitələrdən biridir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal