ABŞ-ın Pensilvaniya ştatında atışma olub.
Modern.az xəbər verir ki, hadisə Filadelfiya şəhərində yerləşən barın yaxınlığında qeydə alınıb.
Məlumata görə, naməlum qrup azı 40 dəfə atəş açıb. Silahlı insident nəticəsində 9 nəfər yaralanıb.
Hadisənin digər detalları barədə məlumat verilməyib.