Modern.az

NATO-dan Kosovaya dialoq ÇAĞIRIŞI

NATO-dan Kosovaya dialoq ÇAĞIRIŞI

Aktual

6 Noyabr 2022, 10:37

NATO-nun Kosovo sülhməramlı qüvvələri (KFOR) tərəfləri Kosovoda avtomobil nömrələrindən istifadə ilə bağlı münaqişənin konstruktiv dialoq yoluna çağırıb.

 

Modern.az xəbər verir ki, qurumun yaydığı açıqlamada Kosovoda təhlükəsiz mühitin qorunması üçün vəziyyətin yaxından izlənildiyi bildirilib.

 

Eyni zamanda, Serbiya və Kosovo hökumətləri, eləcə də beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davam etdirildiyi vurğulanıb.

 

Bəyanatda deyilir: "Biz hər kəsi konstruktiv dialoq vasitəsilə fikir ayrılıqlarını həll etməyə və müzakirə etməyə çağırırıq. Cəmiyyətə tərəqqi gətirin! Fikirlərinizi sülh yolu ilə bildirin və barışıq axtarın!".

 

Kosovoda avtomobil nömrələrinin istifadəsi ilə bağlı yeni tələblər gərginliyə səbəb olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI