Modern.az

Bank hesabından pul oğurlayan şəxs TUTULDU

Bank hesabından pul oğurlayan şəxs TUTULDU

7 Noyabr 2022, 12:12

Sumqayıtda müştərinin bank hesabından pul oğurlanıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 3-də Abşeron rayon sakini F.Əliyevin bank hesabından 1000 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İman İsmayılov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi