Modern.az

Yolu keçən 2 qadını maşın vurdu

Yolu keçən 2 qadını maşın vurdu

Aktual

9 Noyabr 2022, 12:33

İsmayıllıda avtomobil iki piyadanı vurub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, noyabrın 7-də saat 22 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində Qurbanəfəndi kənd sakini D.Ələsgərov idarə etdiyi “VAZ-2101” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Ləman Dadaşovanı və D.Hacıyevanı vurub.

 

Nəticədə piyada L.Dadaşova hadisə yerində ölüb, D.Hacıyeva isə xəstəxanaya yerləşdirilib.

 

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI