Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Donbasa səfər edib.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib.
“Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür etmək istərdim", - o deyib.
Rusiya Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Peskov tanınmamış, separatçı "LXR" və "DXR"in media və mətbuat xidmətinin əməkdaşlarına təlim keçib.