Modern.az

Son sutkada 7 nəfər yoluxub - Ölən olmayıb

Son sutkada 7 nəfər yoluxub - Ölən olmayıb

Aktual

9 Noyabr 2022, 16:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 7 yeni yoluxma faktı qeydə alınıb, 51 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada koronavirusdan ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 823 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 405 nəfər müalicə olunaraq sağalıb, hazırda 222 aktiv xəstə var. Bu günə qədər 9957 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1740, ümumilikdə isə 7 337 855 test icra olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU