Modern.az

İlham Zəkiyev dünya ikincisi oldu

İlham Zəkiyev dünya ikincisi oldu

9 Noyabr 2022, 18:53

Bakıda keçirilən dünya çempionatında kişilər arasında +90 kq J1 çəki dərəcəsində mübarizə aparan Azərbaycan paracüdoçusu İlham Zəkiyev gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, o, finalda braziliyalı rəqibi A.Villiyam ilə qarşılaşıb.

 

Həlledici görüşdə uduzan İlham Zəkiyev dünya ikincisi olub. Bununla da millimizin Dünya Çempionatında qazandığı medalların sayı 4-ə çatıb (1 gümüş, 3 bürünc).

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var