Modern.az

COVID-19-dan ölənlərin sayı kəskin azalıb - ÜST

COVID-19-dan ölənlərin sayı kəskin azalıb - ÜST

Aktual

10 Noyabr 2022, 09:28

COVID-19 infeksiyası səbəbindən ölüm sayı 90% azalıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

 

O qeyd edib ki, son həftə ərzində 9,4 mindən çox ölüm qeydə alınıb, fevralda isə həftə ərzində ölüm nisbəti 75 min civarında dəyişib.

 

Xatırladaq ki, pandemiyanın başlanğıcından indiyədək dünyada 629 milyon yoluxma, 6,5 milyon ölüm faktı qeydə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!