Modern.az

Naftalanda ağacəkmə aksiyası keçirilib

Naftalanda ağacəkmə aksiyası keçirilib

Aktual

11 Noyabr 2022, 12:52

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 30-cu ildönümü ilə əlaqədar Naftalan şəhərində ağacəkmə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, ağacəkmə aksiyasında Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər  təşkilatının sədri Rövlan Heydərov, YAP Naftalan şəhər təşkilatının əməkdaşları və ərazi  partiya təşkilatının sədrləri, Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri iştirak ediblər.

 

Aksiyada 50-dən artıq Eldar şamı ağacı əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?