Modern.az

Göyçayda maşın YANIB

Göyçayda maşın YANIB

Aktual

12 Noyabr 2022, 10:24

Göyçay rayonunda avtomobil yanıb.

 

Modern.az  xəbər verir ki, hadisə ötən gecə Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

 

Belə ki, rayon sakini Natiq Şükür oğlu Əliyevə məxsus “Kia Sorento” markalı minik avtomobili alışaraq yanmağa başlayıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon yanğından mühafizə idarəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın qısa zamanda söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi