Modern.az

İstanbulda partlayış: Ölənlərin sayı artdı - (YENİLƏNİB)

İstanbulda partlayış: Ölənlərin sayı artdı - (YENİLƏNİB)

Aktual

13 Noyabr 2022, 19:24

Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində baş verən partlayış nəticəsində həlak olanların sayı 6-ya çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya məlumat yayıb.

 

Hadisə nəticəsində 53 nəfərin yaralandığı bildirilir.

***

 

18:30

 

İstanbulda baş verən partlayışda zərərçəkənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb. Həmçinin, 36 nəfərin yaralandığı bildirilib.

 

Məlumata görə, Türkiyə hökuməti İstanbuldakı partlayış yerindən telekanalların yayımını qadağan edib.

 

***

18:04

 

Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

 

Taksim meydanı yaxınlığında qeydə alınan partlayışın səbəbi məlum deyil.

 

Çoxlu sayda yaralının olduğu bildirilir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü