Modern.az

"Sabah"dan ayrılan Anatoli Nuriyev "Zirə" ilə anlaşıb

"Sabah"dan ayrılan Anatoli Nuriyev "Zirə" ilə anlaşıb

İdman

13 Fevral 2026, 03:41

"Sabah" yarımmüdafiəçi Anatoli Nuriyevlə yollarını ayırıb.

Modern.az xəbər verir ki, bu barədə kluba istinadən xəbər verir.

Bildirilib ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Anatoli Nuriyev "Zirə" futbol klubu ilə anlaşıb. Hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, Nuriyev 2022-ci ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 118 oyun keçirib, 12 qola imza atıb, Azərbaycan Premyer Liqasının gümüş və bürünc medallarını qazanıb, həmçinin Azərbaycan Kubokunun qalibi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda bu vəzifəlilər də öldürüldü - Şok adlar