Modern.az

Bakı-Quba yolunda məhdudiyyətlər olacaq

Bakı-Quba yolunda məhdudiyyətlər olacaq

Aktual

15 Noyabr 2022, 15:00

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km hissəsində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 16 noyabr saat 08:00-dan etibarən qeyd olunan hissədə 150 metr məsafədə avtomobil yolunun bir hərəkət zolağı üzrə (digər 2 hərəkət zolağı açıqdır) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, məhdudlaşma tikinti işləri bitənədək qüvvədə olacaq:

 

“Bununla əlaqədar olaraq sürücülərdən sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi