Modern.az

Yeni baş nazir Çin lideri ilə razılığa gəldi

Yeni baş nazir Çin lideri ilə razılığa gəldi

Aktual

16 Noyabr 2022, 19:30

İtaliyanın yeni baş naziri Giorgia Meloni Çin lideri Si Cinpin ilə görüşüb.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, görüş İndoneziyada keçirilən G20 sammiti çərçivəsində baş tutub.

 

Görüş zamanı tərəflər Ukraynada müharibəyə son qoymaq və gərginliyin qarşısını almaq üçün hər bir diplomatik təşəbbüsün təşviq edilməsi ilə bağlı razılığa gəliblər.

 

Meloni, həmçinin Si Cinpinə İtaliyanın Çinə ixracatını artırmaq istədiyini bildirib, Avropa İttifaqı-Çin dialoqunun, o cümlədən insan haqları mövzusunun canlandırılmasının vacibliyini vurğulayıb və Çinə səfər dəvətini qəbul edib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı