Modern.az

Qəbələdə 62 yaşlı kişi yanaraq öldü

Qəbələdə 62 yaşlı kişi yanaraq öldü

Hadisə

26 Mart 2026, 11:33

Qəbələ rayonunda bədbəxt hadisə ölümlə nəticələnib.

Modern.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Şəhər sakini, 62 yaşlı Əzim Heydər oğlu Hüseynov məişət tullantılarını yandırarkən ehtiyatsızlıqdan alovun üzərinə düşüb.

Məlumata görə, kişi ağır yanıq xəsarətləri alıb və hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!